Faktiki hava açıqlandı

 11:40 24.05.2025     166

Saat 11:00-a olan faktiki hava

Mayın 24-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.

Bəzi yerlərdə leysan yağır

Redaktor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 24-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində leysan xarakterli yağıntılar müşahidə olunur.

Yağıntının miqdarı

Düşən yağıntının miqdarı Əlibəy (Zaqatala), Daşkəsən, Şəmkir, Tovuz, Göygöl, Balakən, Şəki, Mingəçevir, Zərdab, Qax, Bərdə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Şahdağ və Biləsuvarda 4 mm-dir.

Küləyin maksimal sürəti

Culfada şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 16 m/s-dək güclənir.

Dumanda görünüş

Daşkəsən, Şəmkir, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır.

Havanın maksimal temperaturu

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 30, Aran rayonlarında 29, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.