Əfv olunanlar arasında həmin fransız da var - FOTO

 11:22 26.05.2025     287

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb.

Redaktor.az-ın məlumatına görə, əfv olunanlar arasında Fransa vətəndaşı 1986-cı il təvəllüdlü Clerc Theo Hugo da var.

O, Bakıda metro tunelinə qanunsuz daxil olaraq qatarların üstündə qraffitilər çəkdiyinə görə 2024-cü ilin sentyabrında Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.