Əfv olunanlar arasında məktəb direktoru da VAR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb.
Redaktor.az xəbər verir ki, əfv olunanlar arasında keçmiş məktəb direktoru və bələdiyyə sədri olmuş Aygün Məlikova da var. O, 2016 və 2022-ci ildə Cəlilabad rayon Muğan kənd orta məktəbinin direktoru və eyni zamanda Muğan kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb. 2021-ci ilin oktyabr ayında Muğan bələdiyyəsinin vəzifəli şəxslərinə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Cəlilabad Rayon Məhkəməsinin 2022-ci il 10 mart tarixli hökmü ilə məhkum edilən sabiq direktorun həbs müddəti yarıyadək endirilib.
Redaktor.az-ın əməkdaşı əfv sərəncamıyla bağlı Aygün Məlikova ilə əlaqə saxlayıb. Direktor saytımıza açıqlaması zamanı dövlət başçısına öz minnətdarlığını bildirib.
Vasif ƏLİHÜSEYN