Yay xərclərinizi Kartmane taksit kartları ilə idarə edin!

 12:14 26.05.2025     204

Yay fəslinin yaxınlaşması ilə yanaşı, yay tətili, səyahət və alış-verişlər üçün planlar qurmağa başlamaq zamanı da yaxınlaşır. Rabitəbankın Kartmane taksit kartı, həm kredit, həm də debet funksionallıqları ilə müştərilərinə yüksək rahatlıq və qənaət imkanı təqdim edir.

RAHAT ÖDƏMƏ ŞƏRTLƏRİ: 3 AY GÜZƏŞT, 36 AYA QƏDƏR TAKSİT

Yay tətili, alış-verişlər və digər xərclər üçün ideal seçim olan bu kart, xərclərinizi 36 aya qədər taksitlə bölmə imkanı verir. Həmçinin, kart sahibləri 3 aya qədər güzəşt müddətindən də faydalana bilərlər.

NAĞDLAŞDIR, 24 AY RAHAT ÖDƏ!

Kartmane Taksit kartının ən böyük üstünlüklərindən biri də, kartdakı məbləğin yalnız alış-verişdə deyil, həm də nağdlaşdırma yolu ilə istifadə imkanıdır. Nağdlaşdırılan məbləğ isə 24 aylıq taksitlə geri ödənilə bilər. Bu xüsusiyyət, ehtiyac anında maliyyə yükünü azaltmağa və ödəmələri daha planlı şəkildə həyata keçirməyə imkan verir.

XƏRCLƏDİKCƏ DAHA ÇOX QAZAN!

Kartmane Taksit kartı ilə alış-verişdə sərhəd yoxdur. Kart sahibləri kateqoriya seçimi etmədən 14 fərqli kateqoriya üzrə alış-veriş edərkən 10%-ə qədər keşbek qazana bilərlər. Bu kateqoriyalara yanacaqdoldurma məntəqələri, kinoteatrlar, restoranlar, kafelər, geyim mağazaları, gözəllik salonları, supermarketlər, ictimai nəqliyyat, taksi və çatdırılma xidmətləri daxildir. Bu imkan, müştərilərə alış-veriş zamanı əlavə qənaət etməyə və xərclərini daha yaxşı idarə etməyə kömək edir.

Rabitəbank, müştərilərinin maliyyə ehtiyaclarını qarşılamağa və onların gündəlik həyatlarını asanlaşdırmağa davam edir. Kartmane Taksit kartı, sərfəli şərtləri, keşbek imkanları və yüksək çevikliyi ilə yay fəsli boyunca xərclərinizi rahat və qənaətli idarə etmək üçün ideal bir həll təklif edir.

Linkə keçid edərək elə indi kart sifarişi üçün müraciət edə bilərsiniz. https://rbt.az/taksit-karti

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.