Direktor işdən ÇIXARILDI

 13:36 27.05.2025     291

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun Elmi-Mədəni Mərkəzinin (EMM) direktoru Rəşad Qəmbərov vəzifəsindən azad edilib.

Redaktor.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, EMM-in direktoru vəzifəsinə Aytac Əlisultanlı təyin olunub.

Bu barədə qurumun İdarə Heyətinin sədri Rüfət Mahmudov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Aytac Əlisultanlı bundan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma və memarlıq şöbəsinin müdir müavini vəzifəsində çalışıb.