Küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

 15:44 27.05.2025     327

Mayın 28-29-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən xəbərə görə, Naxçıvan MR, Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Füzuli, Naftalan, Goranboy, Mingəçevir, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Yevlax, Bərdə, Tərtər, Hacıqabul, Qobustan, Sabirabad, Salyan, Neftçala, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabad, Quba, Xızı, Siyəzəndə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Xaçmaz, Qusar və Şabranda da şərq küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.