Azərbaycanlı bloqer barəsindəki qiyabi həbs qərarı qanuni sayıldı

 19:24 27.05.2025     190

Moskva məhkəməsi 170 milyon rublu vergidən yayındırmaqda təqsirləndirilən azərbaycanlı bloqer Hüseyn Həsənovun barəsində çıxarılan qiyabi həbs qərarını qanuni hesab edib.

Redaktor.az xəbər verir ki, onun apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, o, 2019-2021-ci illəri əhatə edən dövrdə vergi ödəməməkdə, eləcə də cinayət yolu ilə əldə olunan külli-miqdarda vəsaitin leqallaşdırılmasında təqsirləndirilir.