Tiflisdə “Sülh körpüsü” Azərbaycan bayrağına boyandı - FOTO

 22:48 28.05.2025     120

28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə Tiflis şəhərinin ən hündür parkında yerləşən televiziya qülləsi və Kür çayı üzərindəki “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Redaktor.az "Azərtac"a istinadla xəbər verir ki, Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılan televiziya qülləsi və “Sülh körpüsü” şəhərə xüsusi gözəllik verib.

Televiziya qülləsinin və körpünün işıqlandırılması prosesini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri, jurnalistlər, eləcə də şəhərin sakinləri və qonaqları maraqla izləyiblər.

2