Vaşinqton meri Azərbaycanla bağlı bəyannamə İMZALADI

 00:23 29.05.2025     116

Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-cı ildönümü ilə bağlı 2025-ci il 28 may tarixini Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib və bununla bağlı bəyannamə imzalayıb.

Redaktor.az "Azərtac"a istinadla xəbər verir ki, bəyannamədə 2025-ci ildə həm də Azərbaycanda müstəqilliyin bərpasından 34, ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 33 il keçdiyi bildirilir. “Azərbaycan qadınlara kişilərlə bərabər hüquqlar, o cümlədən səsvermə hüququ verən ilk müsəlman ölkəsidir. Biz burada Azərbaycan səfirliyinin mövcudluğu və Azərbaycan icmasının bütün vətəndaşlar üçün azadlıq, bərabərlik və ədalət prinsiplərinə sadiqliyi ilə daha da zənginləşdik”,- deyə bəyannamədə qeyd olunur.