Keçmiş məcburi köçkün: "Laçına qayıtmaq hissi göyərçinin qəfəsdən azad olması kimidir"

 09:10 29.05.2025     118

Laçına qayıtmaq hissi göyərçinin qəfəsdən azad olması duyğusuna bərabərdir.

Redaktor.az xəbər verir ki, bunu keçmiş məcburi köçkün Familə Həsənova Laçın rayonunun Bəylik kəndinə yola düşməzdən öncə söyləyib.

“Sevinc hissimi təsvir etmək mümkün deyil. O qədər sevincliyik ki, bundan danışarkən doluxsunuruq. Bu gün vətənimizə gedirik. Bir göyərçinin qəfəsdən azad olması kimidir. Azad yaşayacağıq. Bunu duyğuları sözlə çatdırmaq mümkün deyil”, – o deyib.

O, doğma yurdunda “əvvəlki kimi təsərrüfatla məşğul olacağını” vurğulayıb.

Xatırladaq ki, mayın 29-da Bəylik kəndinə növbəti köç karvanı yola salınıb.