Məşhur istirahət mərkəzi bağlandı, fantastik qiymətə satışa ÇIXARILDI

Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən Duyma Hotel İstirahət və Sağlamlıq Mərkəzi fəaliyyətini dayandırıb.
Redaktor.az-ın iqtisadiyyat.az-a istinadla məlumatına görə, hotel hazırda satışa çıxarılıb.
Altı hektar sahəyə malik olan istirahət mərkəzinin ərazisində 38 otaqdan ibarət üç mərtəbəli hotel binası mövcuddur.
İaşə müəssisəsinin bağlanması və satışa çıxarılmasının səbəbi açıqlanmayıb. Sahibinin adı açıqlanmayan hotel alıcılara 6 milyon dollara təklif olunur.