Azərbaycanlı cərrah Antalyada beynəlxalq obezite konqresində ölkəmizi təmsil ETDİ

 21:34 30.05.2025     133

Bütün dünyada piylənmədən əziyyət çəkənlərin sayının artması bariatrik cərrahiyyəni aktuallığını daha da artırır. 22-25-may tarixl’rind’ Antalya şəhərində keçirilən “Obezite haftası” beynəlxalq konqresi də bu sahədəki yeniliklərə və problemlərin müzakirəsinə həsr olunub.

Redaktor.az xəbər verir ki, konqresdə ATU-nun I cərrahi xəstəliklər kafedrasının dosenti Taryel Ömərov iştirak edib. Tədbirə moderator, həmdə dəvətli çixışçi qismində qoşulan azərbaycanlı mütəxəssis həmçinin ölkəmizdə bariatrik-metabolik cərrahiyyənin uğurları haqqında çıxış da edib. Burada Türkdilli xalqalırn bariatric-metabilik cərrahiyyəs sahəsində önəmli professorların da işitirakı ilə adı çəkilən dövltələrə bu sahənin inkişafıan yönəlik prtokola hazırlanıb.

Cərrah T.Ömərov tədbirdəki çıxışında təkrar mədə kiçiltmə əməliyyatlarından bəhs edib: “Canlı əməliyyat görüntülərini nümayiş etdirdiyim təqdimatım Aralqı dəniz ətrfaı və Orta Asiya dövlətlərindən gələn cərrahlar tərəfindən xüsusi maraqla qarşılandı. Orta Asiyada bariatrik-metabolik əməliyyatlar yeni sayılır. Odur ki, belə əməliyyatların icrası, fəsadların qarşısının alınması üçün görüləcək tədbirlər, diqqət ediləcək məqamlar haqqında çıxışım həmkarlarımın ikiqat marağına səbəb oldu”. T.Ömərov tədbirdə Azərbaycan, Türkiyə və Türkdilli xalqaların bariatrik cəmiyyətləri arasında dostluq əlaqələrinin əhəmiyyətindən də söz açıb. “ Ölkəmizin bariatric-metabilik cərrahiyyəsi adına çox faydalı və önəmli qərarların alındığı tədbir oldu. TOSS, TOCV, IFSO, TCD, MBCD və piylənmə cərrahiyyəsi ilə əlaqəli olan bütün dərnəklərin iştirakı ilə baş tutan bu kongresdə elmi təşkilatı komitə üzvü olaraq yer aldıq . 2 panel idarəçi, 1 açılış çıxışı, 1 elmi çıxış və yeni faydalı görüşlərlə tədbiri başa vurduq”

22222