Bəylik kəndində növbəti köç karvanı yola salındı - FOTO

 09:07 31.05.2025     212

Bu gün Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıb.

Redaktor.az xəbər verir ki, bu gün 38 ailə (153 nəfər) Bəylik kəndinə köçürülür.

Bakı şəhərindən – 1 ailə (2 nəfər), Ağcabədi rayonundan – 13 ailə (59 nəfər), Bərdə rayonundan – 13 ailə (45 nəfər), Sumqayıt şəhərindən – 4 ailə (18 nəfər), İsmayıllı rayonundan – 2 ailə (11 nəfər), Abşeron rayonundan – 2 ailə (7 nəfər), İmişli rayonundan – 2 ailə (6 nəfər), Beyləqan rayonundan – 1 ailə (5 nəfər) Bəylik kəndinə köçürülür.

Beləliklə, 31.05.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Laçın rayonunun Bəylik kəndinə cəmi 89 ailə (363 nəfər) köçürülmüşdür.

Bəylik kəndinə yola düşən keçmiş məcburi köçkün Həsənov Fərhad ailəsi ilə doğma kəndinə qayıtmağın verdiyi gözəl duyğulardan danışıb:

“Yoldaşımla, övladlarımla birgə qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, prezidentimizə can sağlığı versin. Biz ora yaşamaq üçün gedirik. İnşAllah 32 ildə qura bilmədiyimiz planları vətənimizdə həyata keçirərəik.”

Bir digər keçmiş məcburi köçkün Kamalov Nicat isə Bəylik kəndinə hələ ki, qonaq kimi getdiyini deyib.

“Hələ ki, qonaq kimi gedirəm. Qardaşımın ailəsinə ev verilib. İnşAllah bizə də verilər. Şükür bu günə ki, artıq 30 ildən çox idi gedə bilmədiyimiz yurdumuza gedə bilirik" (APA). 

Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıbLaçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıbLaçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıbLaçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıb