Azərbaycan–Türkiyə Tələbə Birliyində sədr seçkiləri keçirildi

 21:06 01.06.2025     204

Azərbaycan–Türkiyə Tələbə Birliyinin sədr seçkiləri baş tutub. 

Redaktor.az xəbər verir ki, Birlikdən verilən məlumata görə, seçkilərdə ümumilikdə 100-ə yaxın Türkiyədə təhsil alan azərbaycanlı tələbə iştirak edib.

Seçki prosesinə 20-dən çox universitetdən olmaqla 5 şəhərdən tələbə iştirak ediblər.

5 namizədin qatıldığı seçkidə Ankara Sosyal Bilimlər Universitetin Hüquq fakültəsinin tələbəsi Emin Cəlilov Azərbaycan–Türkiyə Tələbə Birliyinin yeni sədri seçilib. 

Qeyd edək ki, Azərbaycan–Türkiyə Tələbə Birliyi 2023-cü ilin yanvar ayından etibarən fəaliyyət göstərir və Türkiyənin müxtəlif şəhərlərində təhsil alan 285 nəfər azərbaycanlı tələbə üzvü var.

22222