Bu çiçəyi qoparanlar 24 min manat cərimələnəcək

Türkiyənin Aydı vilayətinin Kuşadası rayonunda nəsli tükənmək təhlükəsi ilə üz-üzə olan və mühafizə altına alınan endemik bitki növü “Tülüşah” çiçək açıb.
Redaktor.az xəbər verir ki, bu nadir bitkini qoparmağın cəriməsi isə 557 min TL (24 min 165 manat) olaraq bildirilib.
Adını Dilek Yarımadası Milli Parkının da yerləşdiyi Samson Dağlarının qədim adından alan “Tülüşah” (Aydın Qaşağı), bu il ilk dəfə olaraq şəhər planlarında park zonası kimi ayrılmış və bələdiyyələrin nəzarətindəki zeytun bağlarında çiçəklənib.
Yaşayış binaları arasında çıxan bu nadir bitkilərin zərər görməməsi üçün məsələ aidiyyəti üzrə bələdiyyələrə və Təbiəti Mühafizə və Milli Parklar Müdirliyinə bildirilib.
Rəsmi qurumlar tərəfindən edilən açıqlamada, “Tülüşah” çiçəyini təbiətdən qoparanlara 557 min lirəyə qədər cərimə tətbiq ediləcəyi vurğulanıb.
Kənan YUSİF