"Azercell" internetin istifadə müddətini AZALTDI

 21:29 02.06.2025     590

“Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, mobil internetə olan ehtiyacın daim artdığı mühitdə müştərilərə təklif olunan tariflərin optimallaşdırılması, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 1 iyul tarixindən dəyişikliklər tətbiq ediləcək.

Redaktor.az xəbər verir ki, dəyişikliklər aşağıdakı kimi olacaq:

Aylıq İnternet Paketlərin adı və həcmi

Qiyməti (ƏDV daxil, AZN) İstifadə müddəti  
6 GB 12 28 gün  
12 GB 19 28 gün  
30 GB 29 28 gün  
       
       
Saatlıq İnternet Paketlərin sürəti və qiyməti (ƏDV daxil, AZN)      
       

Paket adı

Qiymət (ƏDV daxil, AZN) İstifadə müddəti  
1 saatlıq (limitsiz sürət) 0.99 1 saat  
3 saatlıq (limitsiz sürət) yan.99 3 saat  
       
       
Aylıq İnternet Paketinin əvvəlki adı və həcmi, yeni adı və həcmi, qiymət və müddət      
       

Aylıq İnternet Paketinin əvvəlki adı və həcmi

Aylıq İnternet Paketinin yeni adı və həcmi Qiyməti (ƏDV daxil, AZN) İstifadə müddəti
55 GB 56 GB 39 28 gün
       
       
Günlük İnternet Paketləri      
       

Günlük İnternet Paketinin əvvəlki adı və həcmi

Günlük İnternet Paketinin yeni adı və həcmi Qiyməti (ƏDV daxil, AZN) İstifadə müddəti
250 MB (yenilənən) 350 MB (yenilənən) 0.99 1 gün
1000 MB (yenilənən) 1.5 GB (yenilənən) yan.99 1 gün

Qeyd olunan tarixdən “1.5 GB aylıq”, “6 saatlıq” və “Həftəsonu” internet paketlərinə yeni qoşulmalar dayandırılır. Həmçinin aylıq internet paketlərində “Pulsuz WhatsApp” kampaniyası çərçivəsində 1.5 GB, 6 GB, 12 GB, 30 GB və 55 GB paketlərində WhatsApp ilə mətnli yazışma üçün təqdim edilən 1GB həcmində əlavə ödənişsiz trafik ləğv edilir. Qeyd olunan tarixə kimi qoşulan abunəçilər cari abunəlik ləğv edilənə qədər müvafiq internet paketlərindən ümumi əsaslarla istifadə davam edə biləcəklər. Göstərilən tarixədək aktiv edilən aylıq internet paketlərində istifadə müddəti ilə bağlı dəyişikliklər paketlərin növbəti yenilənməsindən tətbiq ediləcək.