Xankəndiyə güclü yağış və dolu yağdı - VİDEO

 15:57 03.06.2025     158

Bu gün Xankəndi şəhərinə və ətraf yaşayış məntəqələrinə küləklə müşahidə olunan leysan xarakterli yağış yağıb, dolu düşüb.

Redaktor.az-ın məlumatına görə, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, günün ikinci yarısından etibarən davam edən qeyri-sabit hava şəraiti şəhər təsərrüfatına ziyan vurmayıb. Şəhərin kommunal təsərrüfatında elektrik enerjisi, içməli su və təbii qaz verilişində məhdudiyyət yaranmayıb. Bu dəqiqələrdə də yağış yağır, güclü şimşək çaxır.

Vumart və Güvən reklamı Vumart Güvən