İstehlakçılara müjdə - çiyələk ucuzlaşdı

 22:28 03.06.2025     223

Azərbaycanda çiyələyin qiyməti aşağı düşüb. 

Bu haqda Redaktor.az-a cənub bölgəsindən olan bir qrup fermer məlumat verib. 

Onların sözlərinə görə, çiyələk yığımı başlayarkən qiymət 3.20 qəpik olub. Əsasən Rusiya bazarına ixrac olunan məhsulun qiyməti bir müddət sonra 2.50 qəpiyə enib. Bu gündən isə çiyələyin qiyməti 1.50 qəpiyə düşüb. Fermerlər bildirib ki, hazırda Rusiya bazarında çiyələyin satışının zəif olması qiymətin düşməsinə səbəb olub. 

Fermerlər isə qiymətin düşməsindən narazı olduqlarını bildiriblər. Onlar bildirib ki, məhsuldarlıq az olduğu üçün qiymətin 1.50 qəpik olması onlara sərf etmir. 

Vasif ƏLİHÜSEYN