Baş nazir Düşənbəyə getdi

 14:50 04.06.2025     146

İyunun 4-də Azərbaycanın Baş naziri Əli Əsədov Tacikistanın Baş naziri Kohir Rasulzodənin dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbə şəhərinə işgüzar səfərə gedib.

Bu barədə Redaktor.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Düşənbə beynəlxalq hava limanında Ə.Əsədovu Tacikistanın Baş nazirinin müavini, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Usmonali Usmonzoda və digər rəsmi şəxslər qarşılayıblar.