Sabahdan bu yolda hərəkət istiqaməti DƏYİŞDİRİLİR

 12:14 05.06.2025     329

Böyükşor - Pirşağı yeni avtomobil yolunun 4-12-ci kilometrliyində aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

Müvəqqəti dəyişiklik 6 iyun tarixində saat 09:00-dan başlayaraq tikinti işləri başa çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil ediləcək.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, qeyd olunan ərazidə hərəkət zamanı diqqətli olmalarını, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələrini xahiş edir.