ADY Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

 20:09 06.06.2025     137

Qurban bayramı günlərində artan sərnişin tələbatını nəzərə alan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Redaktor.az 5 iyun tarixində Bakı–Balakən marşrutu üzrə hərəkət edən qatarın tərkibinə əlavə 8 vaqon qoşulub. Beləliklə, gecə qatarı ümumilikdə 13 vaqonla və 100% doluluqla – 530 sərnişinlə yola salınıb.

Qeyd edək ki, adi günlərdə Bakı–Balakən–Bakı istiqamətində hərəkət edən qatar bir istiqamət üzrə 5 vaqonla orta hesabla 110 sərnişinə xidmət göstərir.

Sərnişin sıxlığını nəzərə alan ADY 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə əlavə qatar reysləri təyin edib.