"Qanunlar qəddar olmalıdırmı?" – Vəkil Hikmət Əliyevin cavabları sizi təəccübləndirəcək! 

 17:48 10.06.2025     143

“Kazusmedia” “YouTube” platformasının yeni layihəsi – “Hüquqşünasa 7 sual, 7 cavab” yayımlanıb.

Redaktor.az xəbər verir ki, layihənin ilk buraxılışında Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun müdiri Hikmət Əliyev qonaq olub.

Qısa, dinamik və eyni zamanda düşündürücü formatda hazırlanan bu layihədə qonağa hüquqla bağlı aktual mövzulardan tutmuş şəxsi düşüncələrinə qədər müxtəlif sahələri əhatə edən 7 əsas sual ünvanlanır. Hər suala 1 dəqiqəlik cavab limiti olan bu format, izləyiciyə həm qısa zamanda faydalı məlumat almaq, həm də hüquqşünasın dünyagörüşünü tanımaq imkanı verir.

Hikmət Əliyev veriliş zamanı hüquqi fəaliyyətində qarşılaşdığı maraqlı hadisələrdən, vəkil peşəsinin çətin və eyni zamanda şərəfli tərəflərindən, eləcə də şəxsi motivasiyası və hüquqa olan yanaşmasından danışıb.

Layihənin davamında digər tanınmış hüquqşünas və vəkillərlə müsahibələr də planlaşdırılır.

Ətraflı videoda: