“Azəriqaz” İB xüsusi qayğıya ehtiyacı olan uşaqları sevindirdi - FOTO

 17:39 02.06.2025     122

“Azəriqaz” İB və Həmkarlar İttifaqı Komitəsinin, eləcə də  “Birgə və Sağlam” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 1 İyun -  Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub. İnkluziv kafe olan “Kashalata”da keçirilən tədbirə bu dəfə Birliyin əməkdaşlarının xüsusi qayğıya ehtiyacı olan övladları dəvət olunub.

Redaktor.az xəbər verir ki, bayram tədbirinin əvvəlində 1 İyun -  Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi haqqında qısa məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində dövlət tərəfindən çoxsaylı işlər görülür. Uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Daha sonra uşaqlar müxtəlif təamların dadına baxaraq onlar üçün hazırlanmış əyləncəli şou proqram - Güzgülü sehrbaz və şar şoularını izləməklə yanaşı, həm də oyunların iştirakçısına çevriliblər.

Xususi qayğıya ehtiyacı olan uşaqların valideynləri sonda tədbirin təşkilatçılarına minnətdarlıqlarını ifadə edərək göstərilən bu cür diqqətdən razı qaldıqlarını bildiriblər.

222222222