Bondarçuk İrandan Azərbaycana keçidin təmin edilməsinə görə İlham Əliyevə təşəkkür ETDİ

 12:15 14.06.2025     96

“İrandan sərhəd vasitəsilə Azərbaycana keçidimizin təmin edilməsinə göstərilən yardıma görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bunu Astara sərhəd-buraxılışməntəqəsində jurnalistlərə açıqlamasında Rusiyanın xalq artisti, rejissor Fyodr Bondarçuk deyib:

O bildirib ki, bu prosesdə Rusiyanın İrandakı Səfirliyinin əməkdaşları da kömək edib:

“Onlar bizi sərhədə qədər müşahidə etdi. Rusiyanın Mədəniyyət Nazirliyi, “Национальная Медиа Группа”nın əməkdaşları da dəstəyini əsirgəmədi. Qrupda olan 90 nəfərin hamısı sağ-salamatdır. Onların bir qismi bugünkü təyyarə ilə uçacaq, digər qismi isə Bakıda qalacaq və bir qədər sonra uçacaq. Hamımız yorulmuşuq. Mən sizə də təşəkkür edirəm”.