Binəqədi–Novxanı avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

 13:03 14.06.2025     102

İyunun 14–16-da Binəqədi–Novxanı avtomobil yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Redaktor.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Agentlik yolun bağlanmayacağını qeyd edir.

AAYDA səfərləri əvvəlcədən planlamağı və təmir aparılan ərazidə tətbiq olunacaq müvəqqəti hərəkət dəyişikliklərini nəzərə almağı tövsiyə edir.