Rusiya səfirliyi Azərbaycana təşəkkür ETDİ

Rusiyanın Azərbaycandakı səfirliyi Rusiya vətəndaşlarının İrandan quru yolu ilə təxliyəsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib.
Redaktor.az xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.
Məlumatda deyilir, Rusiyanın xalq artisti, rejissor Fyodor Bondarçuk və onun çəkiliş artıq İran-Azərbaycan sərhədini keçib.
“Rusiya vətəndaşlarının təxliyəsi üçün nəqliyyat ayırdığına, daha sonra onların hotellərdə yerləşdirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edirik”, - deyə səfirlikdən deyilib.
Qeyd edək ki, İsrailin İrana hava hücumları ilə əlaqədar bəzi xarici dövlətlər İranda olan vətəndaşlarının təxliyə olunaraq, Azərbaycan ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi üçün Azərbaycan hökumətinə müraciət edib.
Bu gün səhərdən artıq bir qrup xarici vətəndaş Astara gömrük-buraxılış məntəqəsindən Azərbaycana keçməyə başlayıb.