Skuterlə aktrisanı vuran şəxs saxlanıldı

 12:32 15.06.2025     169

İyunun 6-da gecə saatlarında Səbail rayonu ərazisində Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidovanı skuterlə vuran şəxs müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı E.İbrahimov Redaktor.az-a bildirib.

Vurğulanıb ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Ucar rayon sakini R.Abdullayev saxlanılıb.

Fakla bağlı araşdırma aparılır.