FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi

 19:31 18.06.2025     65

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Redaktor.az xəbər verir ki,  FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 68 nömrəli körpələr evi-uşaq bağçasında, Gəncə Regional Mərkəzi tərəfindən Daşkəsən rayonu, F.Ələsgərov adına Kəmərqaya kənd və Göygöl şəhər E.Vəliyev adına 5 nömrəli, Tovuz rayonu, Q.Rzayev adına Hacallı kənd tam orta məktəblərində, 45 nömrəli körpələr evi-uşaq bağçasında, Qarabağ Regional Mərkəzi tərəfindən Tərtər Regional Qaz İstismarı İdarəsində və Xankəndi şəhərində Regional Su Meliorasiya Xidmətinin Qarabağ su meliorasiya sistemlərinin istismarı idarəsində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Vəndam qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Şimal Regional Mərkəzi tərəfindən Şabran rayonu, Qalaaltı kəndində yerləşən “Qalaaltı” oteldə, Muğan Regional Mərkəzi tərəfindən Şirvan Tarix-Diyarşunaslıq Muzeyində, Aran Regional Mərkəzi tərəfindən isə Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

22222222222