Kamran Əliyev ona yüksək vəzifə verdi - FOTO

 11:25 19.06.2025     157

Azərbaycanın prokurorluq orqanlarında yeni kadr təyinatı baş tutub.

Redaktor.az-ın manset.az-a istinadla məlumatına görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə Naxçıvan MR Sədərək rayon prokuroru Valid Mustafayev tutduğu vəzifədən azad edilib.

Digər əmrlə, Valid Mustafayev Naxçıvan MR Prokurorluğunun DTX, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunub.