Goranboyun bu kəndində qaz xətləri yenilənir - VİDEO

Goranboy rayonunun Nərimanlı kəndinin salınma tarixi 1918-ci illərə təsadüf edir.
Redaktor.az xəbər verir ki, bir əsrdən çoxdur mövcud olan bu kəndin qaz xətlərinin də yaşı az deyil.
Demək olar ki, 50 ilə çatır. Bu da qaz xətlərinin yenilənməsini labüd edir ki, SOCAR-ın “Azəriqaz” İB tərəfindən bu proses həyata keçirilir.
Qeyd edək ki, Goranboy rayonunun Nərimanlı kəndində təxminən 250 abonent mövcuddur.