Bu xəstəxanaya yeni baş həkim təyin edildi - FOTO

 09:25 20.06.2025     172

Fuad Cəfərov Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinə baş həkim təyin edilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxovun imzaladığı əmrə əsasən, Fuad Cəfərov Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin baş həkimi vəzifəsinə təyin olunub.