Azərbaycanlı cərrahın dünya tibb konqresində çıxışı xüsusi maraqla qarşılandı - FOTO

 12:53 20.06.2025     147

May ayı bir çox beynəlxalq səviyyəli tibb konqresləri ilə yadda qalan oldu ki, daha əhəmiyyətli və nüfuzlu olanlardan biri də “13th Congress of the International Federation for the Surgery of Obesity (IFSO) European Chapter” oldu. Ölkəmizi bu konqresdə ABMCA (Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assossasiyası)nın təsisçisi və sədri, Modern Hospitalın direktoru dəyərli bariatrik metabolik cərrahımız Phd Dr. Taryel Ömərov təmsil etdi. İtaliyanın Venesiya şəhərində baş tutan Konqresdə dünyanın dörd bir yanından 1500-ə yaxın profesor və həkim kollektivi iştirak etdi. Konqresin əsas məqsədi günümüzdə piylənməyə qarşı mübarizədə illik görülən işlərin hesabatı və dünyanı cənginə alan piylənmə xəstəliyi ilə mübarizədə yeni metadologiya və müalicə tətbiqindəki yenilikləri paylaşmaq müzakirə etmək idi. 

Redaktor.az xəbər verir ki, konqresdə xüsusi mövzu ilə - Role of Thromboprophylaxis in MBS (Bariatrik Metabolik cərrahiyyədə trombozu önləməyin rolu) çıxış edən cərrahımız Phd Dr. Taryel Ömərov diqqətləri üzərinə çəkərək təqdimatının sonunda auditoriyanın alqışları ilə təqdir olunub.

Qeyd edək ki, son illərdə qeyd olunan mövzu ilə bağlı xüsusi diqqət ayrılan məsələlərdəndir. Belə ki, əməliyyat öncəsi pasiyentlərin əməliyyata uygunluğunun detaylı araşdırılması, həmçinin əməliyyat sonrası stabilliyin qorunub saxlanması üçün bu mövzuya xüsusi diqqət edilir. 

İFSO-nun (Beynəlxalq Piylənmə Cərrahiyyəsi Federasiyası) ölkəmizdəki tək rəsmi və daimi üzvü Phd Dr. Taryel Ömərov Konqreslə bağlı bildirib: 

“Artıq bu seriyadan olan beynəlxalq konqreslərdə iştirakımız, həmçinin bu beynəlxalq konqresləri zamanla öz ölkəmizdə təşkil etmə hüququ almağımız bizim üçün ənənəvi hal alıb. Bu çox sevindirici və qürurlu məqamdır. Ölkə səhiyyəmizin layiqincə təmsili, beynəlxalq tibb aləminin Azərbaycan səhiyyəsi, haqqında xoş sözlər bildirməsində bizim də payımız varsa nə xoş bizə. Ölkəmizdə cərrahi və qeyri cərrahi sahələrdə dünya standartlarının və yeni müalicə metodikalarının, protokollara uygun əməliyyatların sayının artmasının bariz göstəricisidir ki, artıq ölkəmizə sağlamlıq üçün üz tutan yüzlərlə pasiyent var. Sadəcə öz sahəm üzrə-bariatrik cərrahiyyə üçün son 1 ildə onlarla müxtəlif ölkələrdən (Almaniya, Hollandiya, Nigeriya, ABŞ, Türkiyə, Rusiya və s.) bizə müraciət edib, əməliyyat olub, məmnun ayrılan pasiyentlərimiz olub. 

Hər zaman demişəm və yenə qeyd edirəm, Allahın bizə bəxş etdiyi elmi və praktik qabiliyyəti bəşərin, vətəndaşlarımızın sağlamlığına tövhə vermək üçün istifadə etmişik və son nəfəsimizə kimi etməyə də davam edəcəyik. Düşünürəm, hər kəs öz sahəsində sağlam, hüzurlu dünya formalaşdırmaq üçün çalışmalı və tövhə verməlidir. Birgə səylə dünyamız beləcə gözəlləşə bilər".

Redaktor.az

2222222