Saxlanılan icra başçısı Baş nazirin köməkçisinin xalası OĞLUDUR

 16:26 20.06.2025     283

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qax rayonunda əməliyyat keçirib.

Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin saxlanıldığı bildirilir.

Qeyd edək ki, M.Şəkiliyev bu vəzifəyə 2010-cu ildə təyin olunub.

Redaktor.az-ın modern.az-a istinadla məlumatına görə, Musa Şəkilliyev Baş nazirin köməkçisi Əhməd Əhmədzadənin xalası oğludur.

Əhməd Əhmədzadə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri olub. O, 2006-cı ildən 2024-cü ilədək “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri işləyib. 2024-cü ilin oktyabr ayında Baş nazirin köməkçisi vəzifəsinə təyin olunub.

Ə.Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə hazırda Zaqatala rayon İcra Hakimiyyətinin başçısıdır.