ADY bu istiqamətdə əlavə qatar reysləri təyin ETDİ

 16:34 21.06.2025     99

ADY Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 26, 27, 28 və 29 iyun tarixlərində əlavə qatar reysləri təyin edir.

Bu barədə Redaktor.az-a ADY-dən bildirilib.

"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz", - deyə qurumun açıqlamasında deyilir.