“Meqa Sığorta” və “Meqa Həyat Sığorta” korporativ sosial məsuliyyət layihələrini davam ETDİRMƏKDƏDİR

İnklüziv incəsənət sahəsində önəmli yer tutan “Bütün Vücudlar Danışır” layihəsi öz fəaliyyətini davam etdirir.
Bu dəfə də Meqa Sığorta Qrupunun sponsorluğu ilə “DanceAbility” Azərbaycan sosial müəssisəsi tərəfindən Şağan Reabilitasiya Pansionatında möhtəşəm tədbir keçirilib.
Tədbirin əsas məqsədi müxtəlif fiziki imkanlara malik fərdlərin bədən dili və hərəkət vasitəsilə özünüifadə bacarıqlarını gücləndirmək, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq və bərabər imkanlar mesajını çatdırmaq idi.
Tədbir Beynəlxalq Çay Gününə təsadüf etdiyindən, xüsusi olaraq çay festivalı da təşkil olunmuşdu. Festival çərçivəsində müxtəlif növ yerli çaylar təqdim edildi, iştirakçılar bir-biri ilə söhbətlər edərək sosiallaşdı və bu bənzərsiz gün daha da yaddaqalan bir bayrama çevrildi.

