ADY və Azərbaycan Turizm Bürosu arasında əməkdaşlıq sazişi İMZALANDI

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Azərbaycan Turizm Bürosu (ATB) arasında turizm sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
Redaktor.az xəbər verir ki, sazişi ATB tərəfindən İdarə Heyətinin sədr müavini Rəşad Əliyev, ADY tərəfindən isə sədr müavini Arif Ağayev imzalayıb.
Bildirib ki, saziş çərçivəsində turizmdə əlçatanlıq və infrastrukturun inkişafı, turizm məhsulları və təcrübələrinin təkmilləşdirilməsi, rəqəmsallaşma və marketinq sahələrində birgə fəaliyyət nəzərdə tutulur.
Qeyd olunub ki, eməkdaşlıq həmçinin turizm sənayesinin inkişafı və keyfiyyət standartlarının artırılmasını hədəfləyir (Report).
