İcra başçısı qadın müavinini vəzifəsindən azad etdi - FOTO

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elxan İbrahimov müavinlərindən birini vəzifəsindən azad edib.
Redaktor.az xəbər verir ki, bir neçə gün əvvəl bununla bağlı icra başçısı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, başçının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli vəzifəsindən azad olunub. Artıq onunla bağlı məlumat icra hakimiyyətinin saytından çıxarılıb.
Qeyd edək ki, 1975-ci il təvəllüdlü V.Əsgərli 11 il əvvəl icra başçısının müavini vəzifəsinə təyin edilmişdi (Qafqazinfo).