Çaylarda sululuq ARTDI

 09:22 25.06.2025     103

Azərbaycanda iyunun 25-i saat 9:00-a olan məlumata əsasən bəzi çaylarda sululuq artıb.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 10 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 25 sm, Həkəriçayda 3 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda iaə 7 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 44 sm artıb, su sərfi 214 m3/san olmaqla normanın 129%-ni təşkil edir.