Azər Məmmədova 2 yeni müavin təyin OLUNDU

 17:50 25.06.2025     200

“Azəriqaz” İstehsalat Birliyində (İB) yeni kadr təyinatları olub.

Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, qurumun baş direktoru Azər Məmmədova 2 yeni müavin təyin edilib.

Belə ki, Teymur Hüseyn oğlu Vəliyev “Azəriqaz” İB-nin baş direktorunun kommersiya üzrə müavini, Təbriz Bilal oğlu Əmmayev isə strategiya və dayanıqlılıq üzrə müavini vəzifəsinə təyinat alıb.

Həmçinin Fərid Hamlet oğlu Mustafazadə baş direktorun müşaviri olub.

Qeyd edək ki, T.Əmmayev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibidir.