"Bizə çox kömək etdilər" - İrandan təxliyə olunan xarici vətəndaşlar danışdılar

 23:19 27.06.2025     105

"Astara" dövlət sərhədindən buraxılış məntəqəsində bir qrup xarici vətəndaşın təxliyəsi uğurla həyata keçirilib.

Redaktor.az xəbər verir ki, Böyük Britaniya, Avstraliya və digər ölkələrin vətəndaşları beynəlxalq humanitar prosedurlara uyğun şəkildə təxliyə olunublar. Onlar müvafiq sənəd yoxlamasından keçdikdən sonra Azərbaycan ərazisinə daxil olublar.

Təxliyə olunan şəxslər Azərbaycan tərəfinin göstərdiyi dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

"Bir ay əvvəl ailəmi ziyarət etmək üçün İrana getmişdim. Sərhədi keçmək prosesi çox rahat və tez oldu. Bizə çox kömək etdilər, sevgi göstərdilər. Azərbaycan çox gözəldir. Daha çox qalmaq istəyərdim, amma təəssüf ki, sabah buranı tərk edirik", − təxliyə olunan Avstraliya vətəndaşı söyləyib.

Ətraflı Baku TV-nin süjetində: