"Azərbaycanlılara qarşı işgəncə və qətl, Rusiyanın anti-Azərbaycan siyasətinin davamıdır" - Osman Gündüz

Yekaterinburqda azərbaycanlılara qarşı işgəncə və qətl – Rusiyanın son zamanlardakı anti-Azərbaycan siyasətinin tərkib hissəsidir.
Rusiya tərəfinin iddia etdiyi 24 il əvvəl baş vermiş və günahkarı məlum olmayan bir hadisəyə görə soydaşlarımıza silahlı basqın edilib, onların ailə üzvlərinə işgəncə verilib, bir neçə nəfər qətlə yetirilib.
Görünən hələlik odur ki, bu, hüquqi əməliyyat deyil –nümayişkəranə bir cəzadır, nəyinsə mesajıdır və anti-Azərbaycan siyasətinin bir parçasıdır.
RF XİN-in qətlə yetirilən soydaşlarımızla bağlı “ürəktutma” açıqlaması absurd olduğu qədər də məsuliyyətsizdir.
Bu hadisə, təyyarə qəzasından sonra başlanan qaralama kampaniyasının, Azərbaycana qarşı sayğısızlığın, indiyədək də nornal bir üzrxahlığın olmamasının və günahkarların cəzalanmamasının, ümumiyyətlə son dövrlərdəki anti-Azərbaycan çağırışlarının davamıdır.
Proqnozlaşdırmaq olar ki, Rusiya tərəfindən Azərbaycana qarşı informasiya və kiber hücumlar kəskinləşəcək.
Düşünürəm ki, XİN-in münasibəti, hökümətimizin Rusiyanın hökumət üzvləri ilə görüşdən imtinası doğru və vaxtında atılmış addımlardır.
Bunun ardınca Rusiya ilə münasibətlərə və ölkəmizdəki xüsusi imtiyazlara yenidən baxılmalı, Rusiyanın informasiya təhdidlərinə akdekvat addımlar atılmalı, Milli Məclis səbiyyəsində baş verənlərə mübasibət bildirilməli, deputatlar, QHT-lər və media, ölkədəki Rus icması vahid mövqe ortaya qoymalıdır.
Osman GÜNDÜZ,
Azərbaycan İnternet Forumunun prezidenti