Yekaterinburq məhkəməsi Akif Səfərovu 22 günlük həbs etdi - FOTOLENT - YENİLƏNİB

 13:30 29.06.2025     209

Yekaterinburq məhkəməsi Akif Səfərov barəsində də həbs qətimkan tədbiri seçib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, məhkəmə ittiham tərəfinin tələbini təmin edib və A. Səfərovu 22 günlüyünə istintaq təcridxanasına göndərib.

Məhkəmənin qərarı ilə A. Səfərov barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilib.

***

Dövlət ittihamçısı Akif Səfərovun şübhəli şəxs qismində istintaqa cəlb olunduğunu söyləyib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, prokuror məhkəmədən onun barəsində 22 sutka həbs qətimkan tədbirinin seçilməsini istəyib.

***

Məhkəmə iclası qapalı elan edib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, jurnalistlər məhkəmə zalından çıxarılıb.

Dövlət ittihamçısı Akif Səfərov barəsində həbs-qətimkan tədbirinin seçilməsini xahiş edib.

Qeyd edək ki, A. Səfərov 1963-cü il təvəllüdlüdür. O, iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının hücum etdiyi "Kaspi" kafesinin sahibidir.

***

Yekaterinburq məhkəməsi iyulun 27-də saxlanılan daha bir azərbaycanlı, Akif Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, A. Səfərov məhkəmə zalına gətirilib.

2222222