Yekaterinburqda Ayaz Səfərovun barəsində məhkəmə prosesi keçirilir

Yekaterinburq məhkəməsində iyunun 27-də saxlanılan Ayaz Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılır.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, Ayaz Səfərov məhkəmə zalına gətirilib.
Qeyd edək ki, məhkəmə Ayaz Səfərovun qardaşları Məzahir və Akif Səfərovlar barədə 22 günlük həbs qərarı çıxarıb. Məhkəmənin qərarı ilə onlar istintaq təcridxanasına göndərilib.