6 azərbaycanlı barəsində həbs qətimkan tədbiri seçildi - YENİLƏNİB

 17:00 29.06.2025     288

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan Bakir Səfərov barəsində qərar çıxarıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, məhkəmə Bakir Səfərovu 72 saat həbsdə saxlamaq barədə qərar qəbul edib.

Qeyd edək ki, bu gün məhkəmənin qərarı ilə Məzahir, Akif və Ayaz Səfərovlar barəsində 22 sutkalıq həbs qətimkan tədbiri, digər saxlanılanlar Şahid Lalayev və Əhliman Gənciyev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Bakir Səfərov əməliyyat zamanı öldürülmüş Ziyəddin və Hüseyn Səfərovların qardaşıdır.

***

Ayaz Səfərov məhkəmədə təqsirsiz olduğunu bildirib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclası da qapalı elan olunub.

Jurnalistlərin qərarın elanı zamanı zala buraxılmasına icazə veriləcəyi bildirilib.

***

Ayaz Səfərovun üzündə işgəncə izləri müşahidə olunur.

Redaktor.az bu barədə APA-ya istinadən xəbər verir.