Yekaterinburqda daha bir azərbaycanlının məhkəməsi keçirilir – YENİLƏNİB

 16:05 29.06.2025     128

Yekaterinburqda əvvəllər saxlanılan azərbaycanlılarla bağlı məhkəmə prosesi davam edir

Redaktor.az xəbər verir ki, məhkəmə zalına Bəkir Səfərov gətirilib, məhkəmə onunla bağlı qəti imkan tədbiri seçilməsi məsələsinə baxır.

Bundan əvvəl Əhliman Gənciyev üç gün müddətinə həbs edilib.

***

Yekaterinburqda əvvəllər saxlanılan azərbaycanlılarla bağlı məhkəmə prosesi davam edir.

Redaktor.az xəbər verir ki, məhkəmə zalına Gənciyev Əhliman Səttar oğlu gətirilib, məhkəmə onunla bağlı qəti imkan tədbiri seçilməsi məsələsinə baxır.

Bundan əvvəl Şahin Lalayev məhkəmənin qərarı ilə üç gün müddətinə həbs edilib.

***

Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəmə prosesi davam edir.

Redaktor.az xəbər verir ki, işin dördüncü təqsirləndirilən şəxsi iyunun 26-da səhər saatlarında saxlanılan Lalaev Şahin Məmədəli oğlu olub.

O da 2000-ci illərdə törədilən bir sıra qətllərdə iştirakda ittiham olunur.

Hazırda məhkəmə onun barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxır.