"Azəriqaz" rəhbəri Şabranda qəbul keçirəcək

 09:14 01.07.2025     82

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun Şabran rayonunda vətəndaş qəbulu 03 iyul saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qurumdan Redaktor.az-a verilən məlumata görə, görüş zamanı Şabran və Xaçmaz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Xaçmaz Regional qaz istismarı İdarəsinə (tel: 050-845-95-60; 050-845-95-61) müraciət edə bilərlər.

2