“Meqa Sığorta” və “Meqa Həyat” komandası birlikdə güclənir: Team building tədbiri keçirildi

26–27 iyun 2025-ci il tarixlərində “Meqa Sığorta” və “Meqa Həyat Sığorta” şirkətlərinin 200-dən artıq əməkdaşı Basqal Resort & Spa otelində təşkil olunan komanda quruculuğu tədbirində bir araya gəlib. Tədbirin məqsədi şirkət əməkdaşları arasında komanda ruhunu gücləndirmək, qarşılıqlı etimadı və əməkdaşlığı artırmaq, habelə korporativ dəyərləri təşviq etmək olub.
İki gün davam edən proqram çərçivəsində iştirakçılar müxtəlif komanda oyunları, interaktiv və əyləncəli fəaliyyətlərlə yadda qalan anlar yaşayıblar. Bu cür tədbirlər əməkdaşların bir-birini daha yaxından tanımasına, ünsiyyət bacarıqlarının və komanda şəklində işləmək qabiliyyətlərinin inkişafına, iş mühitində pozitiv enerjinin, birlik və sinerjinin daha da möhkəmlənməsinə mühüm töhfə verir.
Tədbirdən xoş təəssüratlarla ayrılan əməkdaşların fotolarını sizinlə bölüşürük.












