Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini UZATDI

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin barəsində ötən prosesdə seçilmiş 72 saatlıq həbs qətimkan tədbirinin uzadılması haqqında qərar çıxarıb.
Məhkəmə Gənciyevi həbs müddətini 22 gün uzadaraq onu iyulun 19-na kimi istintaq təcridxanasına göndərib.