"Meqa Sığorta" ASC və "Altes Group" arasında əməkdaşlığa dair razılaşma imzalanıb

 15:00 02.07.2025     130

Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan "Meqa Sığorta" ASC və paytaxtın premium biznes və yaşayış kompleksi olan "Altes Group" rəsmi əməkdaşlığa dair saziş imzalayıblar.

Yeni tərəfdaşlıq çərçivəsində "Altes Group" sakinləri və bu kompleksdə fəaliyyət göstərən ofislərin istifadəçiləri "Meqa Sığorta"nın xüsusi sığorta təkliflərindən faydalana biləcəklər.

Əməkdaşlığın əsas məqsədi – müştərilərin sığorta xidmətlərinə daha rahat çıxışını təmin etmək, əmlak və fərdi risklərin idarə olunmasında etibarlı və çevik həllər təklif etməkdir. Bu təşəbbüs həmçinin sığorta maarifləndirmə səviyyəsinin artırılmasına və sığorta mədəniyyətinin inkişafına töhfə verməyə yönəlib.

Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 37 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 14 filial və nümayəndəlik şəbəkəsi və *8778 Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.