“Azərişığ”ın gənc mütəxəssisləri Qırğızıstanda qalib oldular - VİDEO

 18:23 07.07.2025     67

Qırğızıstanda Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin energetikləri arasında “Peşə ustalığı yarışları” keçirilib. 

Redaktor.az xəbər verir ki, Azərbaycanı bu yarışda  “Azərişıq” ASC 6 nəfərlik heyətlə təmsil edib. 

Açılış mərasimində Qırğızıstan Respublikasının energetika nazirinin müavini Usenova Nazgül Jorobelovna və “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC-nin sədri Altınbek Rısbekov komandaları salamlayıblar. Türk dövlətlərinin qədim tarixindən danışılıb, bu yarışların onlar arasındakı dərin bağları daha da möhkəmləndirəcəyi vurğulanıb. 

3 mərhələ üzrə 2 gün ərzində keçirilən “Peşə Ustalığı Yarışları”nda “Azərişıq” ASC-nin komandası “Ən yaxşı iş icraçısı” və “Ən yaxşı hakim işi” nominasiyaları üzrə bütün rəqiblərini üstələyərək qalib olublar. Ümumi nəticədə gənc energetiklərimiz yarışı 3-cü pillədə başa  vurublar. 

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin energetikləri arasında “Peşə ustalığı yarışları” ilk dəfə “Azərişıq” ASC-nin təşkilatçılığı əsasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Hadrutda keçirilib. Növbəti yarışlar bu ilin oktyabrında Özbəkistanda təşkil olunacaq.

 

222222222